Əsgərov Latviyada dubl etdi

Əsgərov Latviyada dubl etdi
Futbol üzrə Latviya 1-ci liqasında IX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Tukums" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:0. 
Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıblar. Oyundakı hər iki qolun müəllifi isə Vüqar olub. O, 73 və 79-cu dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib.
 
Qeyd edək ki, geridə qalan turlarda 13 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər