AFFA Məşqçilər Komitəsinin tərkibində dəyişiklik olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayev komitəyə dönüb.
Abdullayevin son iş yeri I Liqada çıxış edən "İmişli" olub. O, ötən mövsümün sonunda sözügedən komandadan ayrıldıqdan sonra işsiz idi.
Qeyd edək ki, 64 yaşlı mütəxəssis buna qədər də Məşqçilər Komitəsində çalışıb.
Mirağa