Moskva “Lokomotiv”ində çıxış edən azərbaycanlı futbolçu Aleksandr Səmədov həmklubu Aleksey Mirançukla birgə Rusiya milli komandasının yeni səfər forma dəstini təqdim edib. Fanat.az xəbər verir ki, formanı yığma üçün “Adidas” firması hazırlayıb.
O, ağ-göy rənglərdədi və ağ futbolkaların üstündə Yer planeti təsvir olunub. Yeni dəst ilk dəfə martın 5-də Ermənistan millisi ilə yoldaşlıq görüşündə təqdim olunacaq. Matç Krasnodarda baş tutacaq.
Lent.az