Ermənistanın baş məşqçisini boykot etdilər

Ermənistanın baş məşqçisini boykot etdilər

Jurnalistlər futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparrosun mətbuat konfransını boykot ediblər.

Fanat.Az yerli mətbuata istinadən məlumatına görə, hadisə yığmanın Ukraynaya 0:5 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının V tur oyunundan sonra baş verib.

Qarşılaşmanın ardından 67 yaşlı mütəxəssisin istefası tələb olunub.

Qeyd edək ki, Ermənistan komandası Millətlər Liqasında ardıcıl 4 görüşdə məğlub olub. Yığma B Liqasının 1-ci qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər