Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub. Fanat.az xəbər verir ki, mükafatçılar sırasına düşmək şansını 2 tur öncə itirən Azərbaycan yığması son turda Almaniya millisi ilə qarşılaşıb.
Yığmamız üçün formal xarakter daşıyan görüş almanların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə FİDE prezidentinin nominantı kimi mundiala qatılan və ötən ay Avropa çempionu olan millimiz yarışı 8-ci yerdə başa vurub. Onlar yalnız Türkiyəni və Misiri geridə qoyublar.
Dünya çempionu adına isə Rusiya millisi layiq görülüb. Çin yığması ikinci (əlavə göstəricilərə görə), Ukrayna isə üçüncü olub.
Azərbaycan - Almaniya 1:3
Rauf Məmmədov (2647) - İqor Xenkin (2612) 0,5:0,5
Eltac Səfərli (2653) - Qeorq Meyer (2623) 0,5:0,5
Nicat Məmmədov (2616) - Daniel Fridman (2600) 0:1
Vasif Durarbəyli (2559) - Arkadi Naydiç (2727) 0:1
Rusiya - Misir 2,5:1,5
Ermənistan - Ukrayna 1,5:2,5
ABŞ - Hollandiya 2:2
Çin - Türkiyə 3:1
Turnir cədvəli: Rusiya - 15 xal. Çin, Ukrayna - 14. ABŞ, Ermənistan - 10. Hollandiya - 9. Almaniya - 8. Azərbaycan - 7. Türkiyə - 3. Misir - 0.
Fanat.az