Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olundu

Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olundu
Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyantsın avtomobili qarət olunub. 
Fanat.Az xəbər verir ki, bu barədə Yerevan polisindən açıqlama verilib.
Məlumata görə, onun "Porsche Cayenne" markalı maşının ön fənərləri  naməlum şəxslər tərəfindən oğurlanıb.
 
Avtomobil Ermənistan Futbol Federasiyasının balansındadır və onu Gülbudaqyants idarə edir. 
Qeyd edək ki, Armen Gülbudaqyants Ermənistan yığmasına oktyabrın 8-də baş məşqçi təyin olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər