Ermənilər ÇL-dən getdi, estonlar 7 qol vurdu

Ermənilər ÇL-dən getdi, estonlar 7 qol vurdu
Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə baş tutan 3 oyunda II təsnifat mərhələsinə vəsiqə qazanan 3 komanda müəyyənləşib.
Əvvəlcə Ermənistanın "Banants" klubu Andorra “Santa Koloma”sını qəbul edib. İlk oyunda 1:0 hesabı ilə yenilən ermənilər evdə qələbə qazanıb - 3:2. Lakin səfər qolu sayəsində Andorra klubu mərhələ adlayıb. "Santa Koloma" II təsnifat mərhələsində Təl-Əviv "Makkabi"si ilə qarşılaşacaq. 
Ardınca “Levadiya” "La Fiorita"nı qəbul edib. Səfərdə 1:0 hesablı qələbə qazanan Estoniya klubu evdə San Marino təmsilçinə divan tutub - 7:0. "Levadiya" növbəti mərhələdə "Sparta" (Praqa) ilə üz-üzə gələcək.
Mərhələnin son oyununda "Torshavn" "Linkoln"u qəbul edib. Təfərlər arasında ilk matç 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfə meydan sahibləri 5:2 hesablı qələbə qazanıb. "Torshavn" II təsnifat mərhələsində "Partizan"la qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ölkə çempionu Maltanın "Valletta"nı sınağa çəkəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
8 iyul
Banants (Ermənistan) - Santa Koloma (Andorra) 3:2
Qollar: Rumyan Hovsepyan, 29; 56-pen. Qareqin Maşumyan, 47 - İldefons Lima, 20. Eloy Kasals, 90+5.
İlk oyun - 0:1
 
Levadiya (Estoniya) - La Fiorita (San Marino) 7:0
Qollar: Aleksandr Kulinits, 7. İqor Subbotin, 30; 72. Omar Elhüssyeni, 48. Artyom Artyunin, 75; 90+2. Toni Tipuriç, 85.
İlk oyun - 1:0.
 
Torshavn (Farer adaları) - Linkoln (Cəbəllütarik) 5:2
Qollar: Levi Hanssen, 11; 81. Trondur Yensen, 25. Yohan Edmundsson, 34. Frodi Benjaminsen, 88 - George Kabrera, 50. Con Paul Duarte, 77.
İlk oyun - 1:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər