Albaniya millisi AVRO-2016-nın seçmə mərhələsinin son görüşündə Ermənistanı 3:0 hesabı ilə məğlub edərək Fransada keçiriləcək final mərhələsinə vəsiqəni təmin etdi.
Fanat.az xəbər verir ki, Serbiya və Albaniya mətbuatı yığmanın son oyunu ilə bağlı şok iddia ortaya qoyub. Bildirilir ki, Albaniya millisi Ermənistanla qarşılaşmanı pulla alıb: “Albanlar rəqibin qapıçısını və 3 müdafiəçisini 500 min avro qarşılığında alıb. Hər 3 qolda onların səhvi var. Bu səhvlər bilərəkdən edilib”.
Matçın başlamasın az qalmış bukmeker kontorlarında Albaniyanın qələbəsinə qoyulan əmsallar düşdüyü halda ermənilər üçün qoyulan əmsallar yüksəlib.//“Qafqazinfo”
Fanat.az