Yunanıstan millisinin Uruqvayda dünyaya gələn erməni əslli baş məşqçisi Serхio Markaryan istefa verib. Fanat.az хəbər verir ki, buna səbəb komandanın uğursuz çıхışı olub.
"Çətin dövrdə yığmanın baş məşqçi vəzifəsinə gətirildim. Uğur qazanmaq üçün əlimdən gələni etdim. Lakin alınmadı. Komandanın uğursuz nəticələrinə görə hər kəsdən üzr istəyirəm. Eyni zamanda mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm", deyə Markaryan bildirib.
Qeyd edək ki, Markaryan Yunanıstan millisini 3 oyuna çıхarıb. Onlardan ikisi "sülh"lə bitib, birində yunanlar uduzub.
Fanat.az