"Eriksen üçün qapılar həmişə açıqdır" - Antonio Konte

"Eriksen üçün qapılar həmişə açıqdır" - Antonio Konte

"Tottenhem"in baş məşqçisi Antonio Konte məlum hadisədən sonra Milan "İnter"indən ayrılan Kristian Eriksenin hotspurluların heyətinə mümkün qayıdışı barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Standard" Kontenin söylədiklərini belə çatdırıb:

"Son vaxtlar Eriksenlə danışmamışam. Amma onu meydanda izləmək, qapıya necə zərbələr endirdiyinə baxmaq əla olar. Olduqca vacib futbolçudan və çox yaxşı insandan danışırıq.

Yayda baş verənlər tək Kristianı yox, onunla birlikdə çalışmış insanları da üzüntülərə qərq etdi. Şəxsən mən çox qorxmuşdum. Eriksenin yenidən futbol oynayacağını eşitmək əla xəbər oldu. Deyərdim ki, qapılar onun üzünə həmişə açıqdır".

Xatırladaq ki, danimarkalı futbolçu Avro-2020-nin qrup matçında - Finlandiya ilə oyunda (0:1) huşunu itirərək yerə yıxılmış, meydanda ilkin yardım alandan sonra xəstəxanaya yerləşdirilmişdi. Daha sonra onun infarkt keçirdiyi və ürəyinə süni impuls cihazı (kardioverter-defibrillyator) yerləşdirildiyi məlum olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər