Eriksen keçmiş klubuna qayıtmağa qərar verdi

Eriksen keçmiş klubuna qayıtmağa qərar verdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen gələn yay keçmiş klubuna qayıtmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb. 

Mənbənin məlumatına görə, danimarkalı "Ayaks"ın sıralarına qoşulmaq istəyir. 

Eriksenin "Mançester Yunayted"lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq. "Qırmızı şeytanlar"ın rəhbərliyi yarımmüdafiəçiyə yeni müqavilə təklif etməkdə həvəsli deyil. Belədə o, Amsterdam klubuna azad agent kimi qoşulacaq. Bu variant "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqibi olan "Ayaks" üçün də cəlbedicidir. 

Xatırladaq ki, Eriksen “Ayaks”ın yetirməsidir. Yarımmüdafiəçi 2013-cü ildə Amsterdam klubundan karyerasının ən parlaq illərini keçirdiyi "Tottenhem"ə keçib.

"Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər