"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqın transfer edilməsini istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərdə daha öncə "Çelsi"nin təklifini geri çevirən qabonlu ulduzun MY-yə keçməyə can atmadığı vurğulanıb. Özünü Kataloniya klubunda xoşbəxt sayan 33 yaşlı forvardın İspaniya nəhəngində mümkün qədər çox oynamağı arzuladığı və məhz bu məqamın ten Haqın planlarına təsir edə biləcəyi qabardılıb.
Qeyd edək ki, Obameyanq bu ilin yanvarında London "Arsenal"ından ayrılaraq azad agent qismində "Barselona"ya qoşulub. Onun kataloniyalılarla olan müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat