İngiltərə Premyer Liqasının (İPL) 6-cı turunda evdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq mümkün istefası ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini sosial şəbəkə hesabları üzərindən jurnalist Lauri Uituell belə çatdırıb:
"Bu haqda düşünmürəm. Yayda biz rəhbərliklə əməkdaşlığı davam etdriməklə bağlı razılığa gəldik. "Mançester Yunayted"i yenidən formalaşdırmaq üçün hansı dəyişikliklər etməli olduğumuz barədə ətraflı təhlillər apardıq. Bilirik ki, buna zaman lazımdır. Biz hamımız eyni məqsəd uğrunda çalışırıq".
Qeyd edək ki, 6 oyuna 8 xal toplayan MY İPL-in turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.
Nihat