"Real" rəsmi saytında Serxio Ramosla vidalaşdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Madrid klubu müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq müdafiəçi ilə yeni anlaşma imzalamamağa qərar verib.
Sabah - iyunun 17-də "ağlar"ın prezidenti Florentino Peresin iştirakı ilə 35 yaşlı ulduz oyunçunun mətbuat konfransı keçiriləcək.
Ramos 2005-ci ildən "Real"da idi. O, bu müddət ərzində 5 dəfə İspaniya Primyerasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə Superkubokunun, 4 dəfə Çempionlar Liqasının qalibi olub. UEFA Superkubokunu da 4 dəfə başı üzərinə qaldıran Erik 4 dəfə klublararası dünya çempionatında da çempionluq sevinci yaşayıb.
Atilla