Ərəblərdən Kerem Aktürkoğlu üçün nəhəng təklif

Ərəblərdən Kerem Aktürkoğlu üçün nəhəng təklif

"Fənərbağça"nın ulduz futbolçusu Kerem Aktürkoğluna rəsmi transfer təklifi gəlib.

Fanat.Az insayder Ertan Süzgünə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu türkiyəli vinger üçün "Fənərbağça"ya 30+5 milyon avro dəyərində rəsmi təklif göndərib.

Lakin İstanbul təmsilçisi bu rəqəmlə razılaşmaq niyyətində deyil.

Məlumata görə, "Fənərbağça" rəhbərliyi Keremin transferindən 40-45 milyon avro civarında bir gəlir əldə etməyi hədəfləyir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər