"Ərəblərdən də çox pul verən çinlilərin təklifindən imtina etdim" - Balotelli

"Ərəblərdən də çox pul verən çinlilərin təklifindən imtina etdim" - Balotelli

Hazırda İsveçrə "Sion"unun futbolçusu olan məşhur italiyalı hücumçu Mario Balotelli Çindən gələn sərfəli transfer təklifini rədd edib. 

Fanat.Az xəbər verir ki, Bu barədə o, “Corriere dello Sport” nəşrinə danışıb.

“Çindən aldığım və standart ərəb rəqəmlərindən qat-qat çox olan səxavətli təklifdən imtina etdim. "Syon"da qalmağa üstünlük verdim”, - deyə hücumçu məlumat verib.

Balotelli ötən yay Türkiyənin "Adan Dəmirspor"undan ayrılaraq "Sion"un sıralarına qoşulub. 32 yaşlı italiyalı hücumçunun İsveçrə klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına kimi hesablanıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər