Ərəblər Vinisius üçün “tarixi” təklif hazırladı - "Hə" deyəcək?

Ərəblər Vinisius üçün “tarixi” təklif hazırladı - "Hə" deyəcək?

"Real Madrid"in vingeri Vinisius Junior gələn yay Səudiyyə Ərəbistanına yollana bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə görə, Səudiyyə Ərəbistanı klublarından birindən gedir. Hələ ötən yayda "Real Madrid"ə təklif göndərdiyi bildirilən, lakin "satılmır" cavabını alan həmin klub Vinisiusla müqavilə imzalamaq fikrindən əl çəkməyib. Ərəb mediası artıq bu transfer hazırlığını “tarixi” təklif" adlandırıb. Hələki danışıqlara başlanılmayıb. Forvard bütün diqqətini hazırkı klubuna yönəldib. Amma ərəblərin yaxında "Real"ın "qapısını döyəcəyi" bildirilir. 

"Transfermarkt" Vinisius Juniorun dəyərini 200 milyon avro qiymətləndirir. Futbolçunun "Real"la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər