PSJ-nin mərkəz müdafiəçisi Markinyos iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Saşa Tavolyeri yayıb.
Xəbərə görə, Braziliya millisinin futbolçusunun xidmətində Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" maraqlıdır. Mənbə 30 yaşlı oyunçunun iş yerini dəyişməyə hazır olduğunu və klubların öz aralarında danışıq apardıqlarını vurğulayıb.
Qeyd edək ki, Markinyos 2013-cü ilin yayından PSJ-nin uğurları üçün çalışır. Ötən mövsüm Fransa nəhənginin forması ilə bütün turnirlərdə 36 matça çıxan "sambaçı" 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat