Ərəblər İtaliya nəhəngini alır - Danışıqlar gedir

Ərəblər İtaliya nəhəngini alır - Danışıqlar gedir

Neft məhsullarının istehsalı və satışı üzrə ixtisaslaşan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti İtaliyanın "Milan" klubunun səhmlərinin nəzarət paketini almaqda maraqlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.

Mənbənin məlumatına görə, PIF suveren fondunun (İctimai İnvestisiya Fondu) bir hissəsi olan "Saudi Aramco" sövdələşməni bu mövsümün sonuna qədər başa çatdırmağa ümid edir. Klubun hazırkı sahibi Cerri Kardinal tərəfdaşları ilə birlikdə "rossoneri"nin nəzarət paketinə görə ən azı 1,6 milyard avro ala bilər.

 

Danışıqlar üçün iki ay əvvəl Səudiyyə Ərəbistanına məhz "Milan" rəhbərliyi uçub, ərəblər isə bugünlərdə İtaliyaya cavab səfəri etdilər.

 

Əlavə edək ki, sonuncu dəfə 2022-ci ildə İtaliya çempionu olan "Milan" bu mövsüm lider "İnter"dən 9 xal geri qalaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər