Ərəblər bu yarışa 200 milyard dollar xərcləyəcək - FOTOLAR

Ərəblər bu yarışa 200 milyard dollar xərcləyəcək - FOTOLAR

Qətər əmirləri 2022-ci ildə ölkələrinndə keçiriləcək dünya çempionatına hazırlıq üçün milyardlarla pul ayırıblar.

Fanat.Az xəbər verir ki, stadionların və digər infratrukturların inşası üçün həftədə 500 milyon dollar xərclənir. Bu barədə Qətərin maliyyə naziri İngiltərə mətbuatına açıqlamasında deyib. Əl Şərif əl Əmadi bildirib ki, eyni templə növbəti 4 ildə davam edəcəklər.

Ümumilikdə dünya çempionatına hazırlıq üçün 200 milyard dollar xərclənəcək.

Xatırladaq ki, Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququnu FİFA-nın 2010-cu ilin dekabrında Sürixdə keçirilən iclasında qazanıblar. Mundialın oyunları Qətərin 7 şəhərində keçiriləcək.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər