Ərəblər A Seriyasının bombardirini də apardılar

Ərəblər A Seriyasının bombardirini də apardılar

"Atalanta"nın hücumçusu Mateo Retegi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, A Seriyasının bombardiri “Əl-Qadsiah”ə keçib.

26 yaşlı futbolçu ilə 3 illik müqaviləyə imza atıb. "Atalanta" bu transferdən 65 milyon avro qazanıb.

Qeyd edək ki, Retegi ötən mövsüm İtaliya çempionatında 36 oyunda 25 dəfə rəqib qapılarına yol taparaq birinciliyin ən sərrast oyunçusu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər