Ərəbistan klubu Ronaldu üçün rekord məbləğ təklif etdi

Ərəbistan klubu Ronaldu üçün rekord məbləğ təklif etdi

Səudiyyə Ərəbistanı klubu Kriştianu Ronaldunu heyətində görmək üçün 300 milyon avro ödəməyə hazırdır. 

Fanat.Az xəbər verir ki, informasiya AS nəşrinə məxsusdur. 

Ancaq klubun adı hələlik məlum deyil.

Müqaviləyə əsasən, 30 milyon avro "Mançester Yunayted"ə, 250 milyon avro Ronalduya, qalan 20 milyon avro isə vasitəçilər arasında bölünəcək. 

Qeyd edək ki, Kriştianu Ronaldu "Roma", "Barselona", "Bayern Münhen" və "Çelsi" kimi klubların maraq dairəsindədir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər