Ərəb şeyxi məşhur jurnalı satın aldı - Milyonlarla dollar ödədi

Ərəb şeyxi məşhur jurnalı satın aldı - Milyonlarla dollar ödədi

Səudiyyə Ərəbistanının milyorderlərindən olan Türki əl-Şeyx “The Ring” jurnalını alıb.

Fanat.Az xəbər verir ki, məlumatı ərəb şeyx sosial şəbəkə hesabı üzərindən paylaşıb.

KİV Türkinin sport-maqazin jurnalına 10 milyon dollar ödədiyini idda edib.    “Boks İncili” adlanan nəşr Oskar De La Heyaya məxsus olub, lakin iflasa uğradığı üçün iki il işıq üzü görməyib. 

Əl-Şeyx jurnalın tezliklə çapa qayıdacağını və boks dünyasındakı hadisələri işıqlandırmaqa davam edəcəyini açıqlayıb.

“The Ring” jurnalının ilk nömrəsi 1922-ci ilin fevralında işıq üzü görüb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər