Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən əvvəl UEFA-nın əsgər salamı verən türk futbolçularla bağlı qərarına, həmçinin İŞİD lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşının tutulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, R.T.Ərdoğan açıqlamasında UEFA-nı haqsız və siyasi mövqe nümayiş etdirməkdə günahlandırıb:
"Vəzifəsi idman yarışları təşkil edən qurumun siyasi proseslərə daxil olması mənasızdır. "Barış Pınarı" hərəkatına dəstək məqsədilə əsgər salamı verən idmançılarımızla bağlı nizam-intizam araşdırması aparılır. Bu qanunsuzdur. UEFA-nın haqsız və siyasi mövqeyini rədd edirik. Dünyanın heç bir yerində əsgər salamı ilə bağlı qərar qəbul edilməyib. Bunu Türkiyə idmançıları edəndə, məsələ dəyişir".
Fanat.Az