Entso Fernandesin aqibətinin necə olacağı dəqiqləşdi

Entso Fernandesin aqibətinin necə olacağı dəqiqləşdi

"Çelsi"nin baş məşqçisi Entso Mareska komandanın yarımmüdafiəçisi Entso Fernandesin iş yerini dəyişəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Fernandes əsas oyunçularımızdandır. O, kapitanlardan və liderlərdən biridir. Bu mövsüm özünü yaxşı tərəfdən göstərib. Növbəti mövsümdə daha yaxşı ola bilər. Bütün diqqəti komandadadır. Komandada qalacaqmı? Hə".

Qeyd edək ki, cari mövsüm 24 yaşlı Fernandes 35 matça çıxaraq 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər