Enrikedən şok sözlər: "Real" buna öyrəşib"

Enrikedən şok sözlər: "Real" buna öyrəşib"

"Komandanın oyunundan, sona qədər mübarizə aparmasından razıyam. Qarşılaşma istənilən hesabla bitə bilərdi. Bizim üçün əla nəticədi". Fanat.Az xəbər verir ki, bu sözləri "Real"ı 3:2 hesabı ilə yenən "Barselona"nın baş məşqçisi Luis Enrike deyib.

Çalışdırıcı əzəli rəqiblərinin "bostanına daş atmağı" da unutmayıb: "Real" belə məğlubiyyətlərə öyrəşsə də,son dəqiqə qolu ilə qazanmaq bizim xoşumuza gəlir".

Luis Enrike oyunda iki qol vuran Lionel Messidən də danışıb: "Messi evində yaxşam yeməyini yeyənə qədər matçın taleyini həll edən biridi. Bütün zamanların ən yaxşı futbolçusudu. Mən çox oyun izləmişəm. O, meydanda fərq yaradan futbolçudu. "Barselona" forması ilə 500-cü qolunu vurdu və onu sadəcə "Barselona"lı olaraq tanımaq böyük zövqdü. "Barselona" inanılmaz bir klubdu, amma tarixinin bir hissəsini Messiyə borcludu".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər