Enrikedən narazıların sayı artır - Aparıcı oyunçusu klubla danışıqları dayandırdı

Enrikedən narazıların sayı artır - Aparıcı oyunçusu klubla danışıqları dayandırdı

PSJ klubu baş məşqçi Enrike ilə gərginlik yaşayan daha bir aparıcı oyunçusunu itirə bilər. 

Fanat.Az xəbər verir ki, söhbər Bredli Barkoladan gedir. 

Tanınmış jurnalist Santi Aunanın yaydığı məlumata görə, mövsümə inamlı başlayan və Enrikenin açar oyunçularından birinə çevrilən Barkola ilə baş məşqçinin münasibətləri son vaxtlar qaydasında deyil. Fransız forvard artıq parislilərlə yeni müqavilə ilə bağlı danışıqları dondurub. 

Barkola ispan çalışdırıcının tələblərindən narazıdır. Oxşar problemlər Enrikenin Usman Dembele də daxil olmaqla, bir çox digər futbolçularla münasibətlərində də müşahidə olunur. Baş məşqçinin taktiki yanaşması futbolçuları qane etmir.

21 yaşlı Barkola ötən mövsüm PSJ-yə "Olimpik Lion"a 45 milyon avro və daha 5 milyon bonus qarşılığında keçib. Gənc forvardın parislilərlə 2027/28 mövsümünün sonuna qədər müddətə müqaviləsi qüvvədədədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər