“Enfild”dəki qələbə “Real”a baha başa gəldi

“Enfild”dəki qələbə “Real”a baha başa gəldi

Çərşənbə axşamı "Enfild"də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul"u məğlub (5:2) edən "Real Madrid" ağır itki ilə üzləşib.

Fanat.Az "El Pais"ə istinadən xəbər verir ki, "Kral klubu" iki aparıcı futbolçusunu itirib. 

Belə ki, David Alaba və Rodriqo sıradan çıxıb. Avstriyalı futbolçu sağ ayağının baldırını zədələyib və bir ay yaşıl meydanlardan kənarda qalacaq. Braziliyalı isə sol ayağının əzələsindən zədə alıb və on gün fasilə verməli olacaq.   

Vacib görüşlər ərəfəsindəki bu itkilər Karlo Ançelottini narahat edir. Belə ki, “Real” fevralın 25-də “Real” “Atletiko” ilə La Liqa matçına çıxacaq. Bundan cəmi üç gün sonra isə “Barselona” ilə "Kral Kuboku"nun ilk yarımfinal matçı keçirəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər