“Liverpul”un ev oyununda azarkeş rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqanın XXX turunda “Brayton”u məğlubiyyətə uğradaraq liderliyə yüksələn "qırmızılar"ın bu matçını 60061 tamaşaçı izləyib.
İndiyədək 61276 yerlik “Enfild Roud” stadionunda Premyer Liqa qarşılaşmasına bu saydatamaşaçı baxmamışdı.
Qeyd edək ki, İPL-in turnir cədvəlinə başçılıq edən “Liverpul”un 67 xalı var. İkinci pillədəki "Arsenal" 65, "Mançester Siti" 64 xala malikdir.