Endrik Fransa klubunun uğurları üçün tər tökəcək

Endrik Fransa klubunun uğurları üçün tər tökəcək

"Real Madrid"in böyük ümidlərlə transfer etdiyi gənc ulduz Endrik oyun təcrübəsi qazanmaq üçün komandadan ayrılır.

Fanat.Az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun məlumatına görə, "kral klubu" braziliyalı hücumçunun 6 aylıq icarəsi ilə bağlı Fransa təmsilçisi "Lion" ilə tam razılıq əldə edib.

Bu mövsüm bütün turnirlər daxil olmaqla cəmi 99 dəqiqə meydanda olan 18 yaşlı futbolçunun "Lion"da daha çox şans tapacağı və formasını bərpa edəcəyi gözlənilir.

Liqa 1 klubu gənc istedadın transferi ilə hücum xəttini gücləndirməyi hədəfləyir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər