Endrik Braziliya millisinin tarixinə düşdü - Nə Pele bunu bacarmışdı, nə də Ronaldo

Endrik Braziliya millisinin tarixinə düşdü - Nə Pele bunu bacarmışdı, nə də Ronaldo

"Palmeyras"ın forvardı Endrik Braziliya milli komandasında növbəti qolunu vurub. 

Fanat.Az xəbər verir ki, gənc hücumçu İspaniya ilə yoldaşlıq görüşündə (3:3) meydana çıxdıqdan cəmi 4 dəqiqə sonra fərqlənərək özünün millidə 2-ci qolunu vurub. 

"Ok Diario"-nun hesablamasına görə, 17 yaşlı futbolçuya 2 qol vurmaq üçün cəmi 49 dəqiqə meydanda olmaq kifayət edib ki, bu göstərici "Selecao" tarixində ən yaxşı nəticədir.

Braziliya millisində ilk 2 qol üçün Peleyə 64 dəqiqə, Ronaldoya isə 529 dəqiqə lazım gəlib.

Endrik cari mövsümün sonunda "Real Madrid"ə keçəcək. "Kral Klubu" onun üçün qarşı tərəfə 45 milyon avro ödəyəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər