"Ən yaxşısını etməyə çalışıram" -  Mahir Emreli

"Ən yaxşısını etməyə çalışıram" -  Mahir Emreli

Polşa "Legiya"sının şərəfini qoruyan millimizin hücumçusu Mahir Emreli klubun azarkeşi ilə görüşüb.

Fanat.Az xəbər verir ki,  24 yaşlı futbolçu "İnstagram" səhifəsində həmin anın qısa videosunu paylaşıb. 

O, "Yagelloniya"ya 1:0 hesabı ilə qalib gəldikləri XVI tur matçından sonra azarkeşlə qarşılaşıb.

"Legiya" tərəfdarı Emreliyə "Yaxşı oynadın, mənim dostum. "Legiya"nın tarixi qədimdir. Bu səbəbdən, daha yaxşı oynamağa çalışmalısan" deyib.

Mahir isə ona "Mən ən yaxşısını etməyə çalışıram" cavabını verib.

Qeyd edək ki, "Yagelloniya" ilə görüşdə qolun ötürməsini məhz Mahir Emreli verib.

"Ən yaxşısını etməyə çalışıram" -  Mahir Emreli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər