Ən yaxşı baş məşqçilərdən biri istefa verdi

Ən yaxşı baş məşqçilərdən biri istefa verdi
Çili yığmasının baş məşqçisi Xorxe Sampaoli komandanı tərk edib. Fanat.az xəbər verir ki, bu barədə Çili Futbol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, baş məşqçinin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Xorxe Sampaoli ötən həftə komandadan ayrılmaq istədiyini açıqlamışdı. O, təzminat olaraq Amerika Kubokunu qazandıqlarına görə almalı olduğu bonuslardan imtina etdiyini, həmçinin gələcək müqaviləsindən müəyyən məbləğ ödəyəcəyini bilmdirmişdi.
Xorxe Sampaolinin bir çox böyük klubdan təklif aldığı deyilir. Lakin onun hansı kluba üz tutacağı bilinmir.
Qeyd edək ki, Xorxe Sampaoli karyerası ərzində Cənubi Amerikada bir çox klubu çalışdırıb. O, 2012-ci ildən Çili yığmasına başçılıq edir. 55 yaşlı argentinalı mütəxəssis bu il FIFA-nın ən yaxşı baş məşqçi namizədlərindən biri idi. O, hətta Luis Enrike və Pep Qvardiola ilə birlikdə ilk "üçlüy"ə düşmüşdü. İlin ən yaxşı baş məşqçisi isə Luis Enrike olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər