Ən varlı britaniyalılar - SİYAHI

Ən varlı britaniyalılar - SİYAHI
Ən varlı 10 britaniyalı idmançı müəyyənləşib. Fanat.az xəbər verir ki, siyahıya 68 milyon funt-sterlinqlik sərvətlə "Formula 1" pilotu Levis Hamilton başçılıq edir.
"The Sunday Times"ın araşdırmalarına görə, Hamiltonu digər "Formula 1" pilotu, "McLaren"in sürücüsü Censon Button izləyir. Onun var-dövlətinin dəfəri 63 milyon funt-sterlinqdi.
İlk "üçlüy"ü "Mançester Yunayted"in ulduzu Ueyn Runi qapayır. Ulduz oyunçunun 60 milyon funt-sterlinq var-dövləti var.
Siyahıda Runidən başqa daha 4 futbolçu var. Belə ki, hazırda "Mançester Yunayted"ə başçılıq edən Ryan Giqqz və komandanın veteran üzvü Rio Ferdinand, həmçinin "Liverpul"un kapitanı Stiven Cerard və "Çelsi"dən Frank Lempard varlılar arasındadı.
Siyahıya düşən digər 3 nəfərdən ikisi basketbolçu, biri tennisçidi.
1. Levis Hamilton (pilot) - 68 milyon funt-sterlinq
2. Censon Button (pilot) - 63 milyon funt-sterlinq
3. Ueyn Runi (futbolçu) - 60 milyon funt-sterlinq
4. Stiv Naş (basketbolçu) - 56 milyon funt-sterlinq
5. Rio Ferdinand (futbolçu) - 44 milyon funt-sterlinq
6. Andi Murray (tennisçi) - 40 milyon funt-sterlinq
7. Steven Cerard (futbolçu) - 37 milyon funt-sterlinq
8. Frank Lempard (futbolçu) - 37 milyon funt-sterlinq
9. Luol Denq (basketbolçu) - 36 milyon funt-sterlinq
10. Ryan Giqqz (futbolçu) - 36 milyon funt-sterlinq
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər