Türkiyənin Ərzurum bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” daha bir legionerlə vidalaşıb. Fanat.az xəbər verir ki, bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
O bildirib ki, Deyvid Sakkoni, Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov və Zohair Benuahinin ardınca Eliasın da xidmətindən imtina edilib. Eliasın klubla növbəti mövsümün sonuna qədər müqaviləsi olsa da, baş məşqçi Oğuz Çətin futbolçuya özünə yeni komanda axtarmağı məsləhət görüb.
Qeyd edək ki, qışda "Xəzər Lənkəran"a hay-küylə transfer olunan və ölkəmizə gələn ən bahalı legioner olduğunu deyən Elias ölkəmizdə 17 oyuna çıxıb, 822 dəqiqə oynayıb və 4 qol vurub.
Fanat.az