Emrelinin maksimal sürət həddi bilindi - O, 2-ci Bundesliqada ikincidir

Emrelinin maksimal sürət həddi bilindi - O, 2-ci Bundesliqada ikincidir

Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqada yüksək sürət nümayiş etdirən ikinci hücumameyilli futbolçu olub. 

Fanat.Az xəbər verir ki, milli üzvünün maksimal sürəti 8-ci turda "Proyssen"ə qarşı keçirdikləri matçda (3:2) qeydə alınıb.

Emreli sözügedən qarşılaşmada 33,8 km/s sürət hədinə çatıb.

Xatırladaq ki, Mahir 9-cu turda “Qroyter”lə derbi matçda (4:0) 2-ci Bundesliqada qol hesabını açıb. O, mükəmməl zərbə ilə komandasının ilk qoluna imza atıb.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər