Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu "Dinamo Zaqreb"də növbəti ayrılıq yaşanıb.
Fanat.Az xəbər verir ki, hücumçu Kommen Andriç "mavilər"dən ayrılıb.
27 yaşlı serb forvard karyerasını Fransa Liqa1 klubu "Klermon"da davam etdirəcək. "Dinamo" üç il əvvəl "İnter Zapreşiç"dən gətirdiy hücumçusunu fransalılara bir milyon avroya satıb.
Andriç "Dinamo"nun heyətində ümumilikdə 53 oyun keçirib, 16 qol vurub və 7 qol ötürməsi edib.
Mirağa