Emreli oynadı, "Dinamo Zaqreb" derbidə xal itirdi

Emreli oynadı, "Dinamo Zaqreb" derbidə xal itirdi

Futbol üzrə Xorvatiya çempionatında 27-ci turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da bu gün növbəti matçına çıxıb.

Həmyerlimizin komandası çempionluğa iddialı "Hayduk"un qonağı olub. Matçda hesab açılmayıb - 0:0.

Start heyətdə yer alan Emreli 56-cı dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Dinamo” hazırda 54 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. "Hayduk" isə 49 xalla 4-cüdür.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər