Emreli “Dinamo”nu məğlubiyyətdən xilas etdi

Emreli “Dinamo”nu məğlubiyyətdən xilas etdi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində “Varajdin”lə qarşılaşıb.

Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Emreli də bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb. Komandasının bərabərlik qolunu da 90+4-cü dəqiqədə Mahir vurub.

"Dinamo" hazırda turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər