Bundesliqanın XXVII həftəsinin martın 25-də "Herta" ilə baş tutan səfər matçında 3:1 hesablı qələbə qazanaraq mövsümün sonuna 7 tur qalmış çempionluğunu elan edən "Bavariya"nın bundan sonra peformansında ciddi düşüş nəzərə çarpmağa başladı. Komanda bundan sonra Çempionlar Liqası, Bundesliqa və Almaniya Kubokunda keçirdiyi 8 matçın 3-də qalib gəlib, 3-də məğlub olub və 2-də yenilib.
"Bavariya" tarixinin 24-cü çempionluğunu qazandıqdan sonrakı 4 turda Bundesliqadakı yeganə qələbəsini ötən həftə "Ayntraxt"ı (Braunşveyq) 2:0 hesabı ilə yenərək qazanıb. Öz meydanında "Borussiya"ya (Dortmund) 0:3, səfərdə "Auqsburq"a 0:1 hesabı ilə yenilən Münhen təmsilçisi edə "Hoffenhaym"la heç-heçə oynayıb - 3:3. "Bavarya" Almaniya Kubokunun yarımfinalında "Kayzerslautern"i 5:1 hesabı ilə yenərək, finala çıxıb.
ÇL-də final ümidi Münhenə qaldı
"Bavariya" çempionluğunu elan etdikdən sonra Çempionlar Liqasında da gözlənilən səviyyəli oyun sərgiləmir. Komanda bu müddətdə 1 qələbə qazanıb, 1 dəfə heç-heçə oynayıb və 1 oyunda məğlub olub. 1/4 finalda "Mançester Yunayted"lə qarşılaşan Münhen klubu ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb, cavab oyununda isə qələbə qazanıb - 1:1.
Yarımfinalda isə "Bavariya"nın qarşısına İspaniya nəhəngi "Real" çıxıb. Bu komandalar arasında "Santyaqo Bernabeu" stadionunda baş tutan ilk qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıb. Beləliklə, finala vəsiqə uğrunda "Bavariya"nı Münhenda olduqca çətin sınaq gözləyir.
"Bavariya" ilk matçda "Real"ın müdafiəsini yarmaqda çətinlik çəkdi. Komandanın iki önəmli silahı - holland Aryen Robben və fransız Frank Riberinin yetərincə effektiv oynamadağı diqqətdən yayınmadı. Baş məşqçi Pep Qvardiolanın da komandasının oyunundan razı qalmadığı açıq-aşkar hiss olunur.
Rekord seriyaları başa çatdı
Çempionluqla birlikdə performansında düşüş hiss olunan "Bavariya" rekordlar seriyasını da sona çatdırdı. XXVIII turda "Hoffenhaym"la heç-heçə (3:3) Bundesliqadakı ardıcıl 19 qələbəlik seriyanın qırılması ilə nəticələndi. Münhen klubunun 53 oyunluq məğlubiyyətsiz oyunlar seriyası XXIX turda "Auqsburq"la matçda qırıldı - 0:1. Bu oyunda qol vura bilməyən "Bavariya"nın başqa bir rekorduna da son qoyuldu. Belə ki, komanda bundan əvvəlki 65 oyunun hər birində rəqib qapılarına yol taparaq Avropanın böyük çemionatlarında ardıcıl qol vurmaq rekorduna yiyələnmişdi.
"Bavariya" bir mövsüm ərzində yenilməzliyini ən uzun müddətə davam etdirən komanda adını və səfərdə 32 oyun uduzmamaq seriyasını "Auqsburq"a boyun əyərək əldən verdi. Komanda ötən mövsümü 91 xalla başa vurmuşdu. Komanda bu mövsüm daha çox xal toplayaraq bu göstərinci yaxşılaşdıra bilərdi. Lakin son 4 həftədəki xal itkiləri bu imkanın iitirilməsi ilə nəticələndi. Hazırda aktivində 81 xal olan Münhen klubu son 3 turda qələbə qazanmaqla ən yaxşı halda bu sayı 90-a çatdıra bilər.
Qvardiolanın komandası son 4 həftədə qapısında 7 qol buraxıb. Bununla da "Bavariya" özünə aid rekordu (mövsüm ərzində 18 qol buraxmaq) qırmaq imkanını boşa verdi.
Fanat.az