UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ilk püşkü atılıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun Nyondakı mənzil-qərargahında baş tutan tədbirdə I təsnifat mərhələsində qarşılaşacaq cütlüklər bəlli olub.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" yarışa II təsnifat mərhələsindən qoşulacaq. Ağdam təmsilçisi rəqibini sabah tanıyacaq.
UEFA Çempionlar Liqası I təsnifat mərhələsi
"Jalgiris" (Litva) - "Hamrun Spartans" (Malta) KuPS (Finlandiya) - "Milsami" (Moldova) TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) "İberiya 1999" (Gürcüstan) - "Malmö" (İsveç) "Levadiya" (Estoniya) - RFŞ (Latviya) "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) FCSB (Rumıniya) - "İnter" (Andorra) "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) "Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan) "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) "Ludoqorets" (Bolqarıstan) - "Dinamo Minsk" (Belarus)
Qeyd edək ki, ilk oyunlar iyulun 8-9-da və 15-16-da keçiriləcək. II təsnifat mərhələsinin püşkü isə iyunun 18-də atılacaq.