Çempionatın autsayderi Braziliya millisinin sabiq forvardını gətirdi

Çempionatın autsayderi Braziliya millisinin sabiq forvardını gətirdi

Braziliya millisinin sabiq forvardı Andre Felipe Rusiyanın "Torpedo" klubu ilə anlaşıb.

Fanat.Az Moskva təmsilçisinin mətbuat xidmətində istinadən xəbər verir ki, 32 yaşlı forvard 21 nömrəli formanı geyinəcək.

Müxtəlif vaxtlarda "Dinamo" (Kiyev), "Santos", "Atletiko Mineyro", "Korintians", "Qremio" (hamısı Braziliya), "Bordo" (Fransa), "Sportinq" (Portuqaliya) və "Qaziantep" (Türkiyə) forması geyinmiş cənubi amerikalının müqaviləsinin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Torpedo" Rusiya Premyer Liqasının turnir cədvəlində sonuncu - 16-cı yerdədir. Moskva komandası 20 tura cəmi 10 xal toplaya bilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər