"Qarabağ"ın yay təlim-məşq toplanışını harda keçirəcəyi futbol ictimaiyyətində maraq doğurmaya bilməz. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu hazırda Avstriya və Sloveniya arasında seçim etməkdədi.
Rəhbərlik “köhlən atlar”ın Çempionlar Liqasına yaxşı hazırlaşması üçün məşqçilər korpusunun edəcəyi seçimi dəstəkləyəcək. Qurban Qurbanovun əsas məqsədi səviyyəli rəqiblərlə sınaq qarşılaşmaları keçirmək və qitəmiqyaslı turnirin 2-ci təsnifat mərhələsinin oyunlarınadək komandanı hazır vəziyyətə gətirməkdi. Çalışdırıcı Türkiyə variantını uyğun saymır.
Fanat.az