Çempion bu gün bəlli olacaq

Çempion bu gün bəlli olacaq

"Bayern Münih" və "Borussia Dortmund" bu gün UEFA Çempionlar liqasının finalında qarşı-qarşıya gələcək. İdman24.az dünya KİV-lərinə istinadən xəbər verir ki, Londonun Uembley Stadionunda baş tutacaq qarşılaşmanı İtaliya Futbol Federasiyasından Nicola Rizzoli idarə edəcək.

Qeyd edək ki, "Borussia Dortmund" ən son Çempionlar liqası kubokunu 1997-ci ildə "Yuventus"u 3-1 məğlub edərək qazanmışdı.

Yurgen Kloppun klubu "Bayern Münih"i keçən mövsüm Almaniya Kuboku finalında 5-2 məğlub etmişdi. Robert Lewandowski bu mübarizədə het-trik etmişdi.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər