Əmirli yeni komandasının məşqlərinə qatılmır - SƏBƏB

Əmirli yeni komandasının məşqlərinə qatılmır - SƏBƏB

Bu yay "Səbail"lə yollarını ayıran və 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə razılığa gələn müdafiəçi Cabir Əmirli "şəhərlilər"in məşqlərinə qatılmır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı oyunçu bölgə komandasının düşərgəsinə baş çəksə də, hələ baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında keçirilən bir çalışmada da iştirak etməyib.

Buna səbəb Əmirlinin hazırda zədəli olmasıdır.

Xatırladaq ki, "Səbail" son mövsümdə Misli Premyer Liqasında sonuncu yeri tutaraq aşağı liqaya yuvarlanıb. "Mingəçevir" isə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran klubu mövsüm yekunlaşandan sonra gözlənilmədən qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyulmuş baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerinə Ramiz Məmmədov gətirilib.

Mirağa    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər