Əmir Ağayev Yunanıstan klubunda - RƏSMİ

Əmir Ağayev Yunanıstan klubunda - RƏSMİ
"Sumqayıt"ın heyətdə saxlaya bilmədiyi Əmir Ağayev özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, israilli yarımmüdafiəçi  Yunanıstan təmsilçisi "Atromitos"a keçib. Klubun rəsmi saytı 28 yaşlı futbolçu ilə  1+1 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Əmir Ağayev "Sumqayıt"da 2019-cu ilin yanvarında gəlmiş, bu yay yeni anlaşma təklifini geri çevirərək vətəninə yollanmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər