Emil Balayevin "quru seriyası" qırıldı - VİDEO

Emil Balayevin "quru seriyası" qırıldı - VİDEO
Qazaxıstan Premyer Liqasında XXX tura start verilib. 
Fanat.Az xəbər verir ki, Emil Balayevin çıxış etdiyi "Tobol” doğma meydanda "Ordabaşı”nı qəbul edib. Kostanay təmsilçisi oyundan məğlub ayrılıb - 1:2. 
Emil Balayev 90 dəqiqə meydanda olduğu qarşılaşmada 735 dəqiqəlik uğurlu - "quru” seriyası qırılıb. Millimizin qapıçısı buraxdığı hər iki qolda səhvə yol verib. 
Qeyd edək ki, "Tobol” 29 turdan sonra 59 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider "Kayrat"dan 3 xal geri qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər