Milli komandamızın qapıçısı Emil Balayevin “Ayntraxt”ın heyətinə yolu açılır. Fanat.az xəbər verir ki, gənc qolkiper gələn mövsümdən Bundesliqa təmsilçisinin 2-ci qapıçısına çevriləcək.
Almaniya mətbuatının məlumatına görə, buna səbəb hazırda bu vəzifəni icra edən Feliks Vidvaldın komandadan ayrılmağa hazırlaşmasıdı. Kevin Trappın əvəzedicisi olmaqdan bezən 25 yaşlı qolkiper oynaya biləcəyi bir komandaya keçmək fikrindədi. Klub rəhbərliyi də onun bu istəyinə qarşı çıxmır. Bu səbəbdən də baş məşqçi Tomas Şaaf millimizin üzvünə diqqəti artırıb.
Fanat.az