Emil Balayevin yeni klubu bəlli oldu

Emil Balayevin yeni klubu bəlli oldu

Qazaxıstanın "Tobol" klubundan ayrıldıqdan sonra 26 yaşlı qapıçı bir müddət komandasız qaldı. Artıq Emilin işsiz günləri başa çatıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin əsas qapıçısı "Zirə" ilə müqavilə imzalayıb. Balayev "Zirə" ilə 3 aylıq anlaşıb. Yayda qapıçı yenidən xaricdə seçim axtaracaq. Bu barədə məlumat yayıb.

Əlavə edək ki, "Zirə” nin qapıçı xətti ilə bağlı ciddi problemləri var. Son üç turda "qartallar"ın qapısını qoruyan Orxan Sadıqlı 12 qol buraxıb.

 

Mənbə: Football24.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər