Emil Balayevin Qazaxıstandakı qazancı açıqlandı

Emil Balayevin Qazaxıstandakı qazancı açıqlandı
Emil Balayevin Qazaxıstanın "Tobol" klubundakı qazancı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Polşa mediasının hazırladığı yazıda qeyd edilir. Bildirilir ki, millimizin qapıçısı Qazaxıstan klubunda illik 200 min dollar (340 min manat) maaş alıb. 26 yaşlı qolkiper ayda 17 min dollar (28 min 900 manat) qazanıb. Bu isə Polşanın yalnız imkanlı klubları üçün əlçatan məbləğdir.
Qeyd edək ki, Emil Balayev "Tobolda 2019-cu ildə çıxış edib. Daha 1 il müqaviləsi qüvvədə olsa da, erməni Qriqori Babayanın baş məşqçi postuna gəlişindən sonra Balayev Kostanay təmsilçisi ilə sözləşməsini pozaraq azad agent statusu alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər